“Yol hərəkəti haqqında” düzəlişlər qüvvəyə min

“Yol hərəkəti haqqında” düzəlişlər qüvvəyə min

Yerüstü və yeraltı piyada keçidlərinə dair “Yol hərəkəti haqqında” qanun bu gündən qüvvəyə minib. Dövlət başçısı İlham Əliyev Milli Məclisin 28 aprel tarixli plenar iclasının qərarı əsasında müvafiq sərəncam imzalayıb.

Dəyişikliklər qanunun 9.1 maddəsinə aid edilib. Bu dəyişikliyə görə, yollarda piyada keçidləri təhsil, tibb müəssisələri, iri ticarət (istehsalat, xidmət) mərkəzləri, dayanacaqlar, idman, turizm obyektləri, istrahət və adamların kütləvi olaraq toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır.

Piyada zolağında hərəkətin svetoforla tənzimlənməli olduğu hallar müfaviq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.

Yaşayış məntəqələrindən keçən avtomagistrallarda yerüstü və yeraltı piyada keçidləri bir-birindən 400-800 metr aralıda olmalıdır.

Yaşayış məntəqələrindən keçən digər avtomobil yollarında piyada keçidləri arasında məsafə 150-300 metr olmalıdır (yolayrıcıları arasındakı məsafənin az olduğu hallar istisna olmaqla).

Düzəlişlərə görə yerüstü və yeraltı keçidlər yolun keçid hissəsinin eni 14 metrdən çox olan, piyada axını 3 min nəfərdən çox, avtomobil axını isə saatda 300 avtomobildən çox olan başqa yollarda da olmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...