Ölkə çaylarında vəziyyət necədi?

Ölkə çaylarında vəziyyət necədi?

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-90, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 525 m3/s olmaqla ongünlük normanın 76 faizini, 2014-cü ildə isə bu rəqəm 542 m3/s olmaqla ongünlük normanın 78 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 208 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edib. 2014-cü ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 42 faizinə bərabər olub.

Mayın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində və Salyanda 18, Bankədə 4 sm azalma, Surrada 1, Araz çayının Novruzlu məntəqəsində isə 50 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 455 sm (2014-cü il mayın 22-də 285 sm), Şirvanda 333 sm (2014-cü il mayın 22-də 114 sm), Salyanda 277 sm (2014-cü il mayın 22-də 55 sm), Bankədə 227 sm (2014-cü il mayın 22-də 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2014-cü il mayın 22-də 30 sm) təşkil edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...