Həştərxanda Heydər Əliyev adına məktəbdə Son Zəng

Həştərxanda Heydər Əliyev adına məktəbdə Son Zəng

Həştərxanda yerləşən Heydər Əliyev adına məktəbdə Son Zəng səslənib.

Həştərxan şəhərində yerləşən Ulu öndər Heydər Əliyev adına 11 saylı məktəbdə Son Zənglə bağlı şənlik təşkil olunub. Bu il məktəbdən 20 nəfər 11-ci sinif və 60 nəfər 9-cu sinif şagirdi məzun olur.

Təntənəli düzülüş-şənlikdə “Həştərxan şəhər” administrasiyasının rəhbəri Oleq Polumordvinov, Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Leonid Oqul, Həştərxan şəhər administrasiyasının Elm və Təhsil İdarəsinin rəhbəri İnessa Qorina, Ümumruisya Azərbaycanlıları Konqresinin (ÜAK) Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov, ÜAK Həştərxan regional bölməsinin sədr müavini, “Narimanovski” çörək zavodunun baş direktoru İrahid Mirişov, “Azərbaycan” milli-mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, ictimaiyyət nümayəndələri, valideynlər, pedaqoji əmək veteranları, məktəb şagirdləri iştirak etmişlər.

Oleq Polumordvinov öz çıxışında qeyd edib ki, Heydər Əliyev adına məktəb Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş məhsuldar fəaliyyətin parlaq nümunəsidir. Natiq şagirdlərə ali təhsil ocaqlarında da Həydər Əliyev adına məktəbin məzunu adını fəxrlə daşımağı arzuladı.

Təbrik nitqi ilə həmçinin Ədalət Hüseynov da çıxış etmişdir. O, məzunları Heydər Əliyev Fondu adından tə
brik etmiş, onlara gələcəkdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi layiqli insan olmağı arzulamışdır. Natiq həmçinin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin məktəbin kollektivi və şagirdlərə rəsmi təbrikini çatdırmışdır.


Mərasimdən sonra 4-cu və 9-cu sinif şagirdləri müəllim və valideynlərlə birlikdə Heydər Əliyevin onun adını daşıyan parkdakı abidəsi önünə gül dəstələri qoymuşlar.


Həştərxanda Heydər Əliyev adına məktəbdə Son Zəng
Həştərxanda Heydər Əliyev adına məktəbdə Son Zəng


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2390 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...