Dövlət qulluğuna vakant yerlərə qəbul elan edildi - MÜSABİQƏ

Dövlət qulluğuna vakant yerlərə qəbul elan edildi  -


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Statistika Komitəsi və Bakı Ağır Cinayətlər Məhkəməsində inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 80 vakant dövlət qulluğu vəzifənin tutulması məqsədi ilə 19 iyul 2015-ci il tarixdən yeni müsabiqə və ümumi müsahibə elan etmişdir. Vakant vəzifələrdən 75-i müsabiqəyə, 5-i isə ümumi müsahibəyə təqdim edilib. Bu barədə komissiyadan GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir.

Müsabiqəyə çıxarılan vəzifələrdən 74-ü (6 vəzifə inzibati vəzifələrin 5-ci, 68 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəsi aparatında və yerli bölmələrində, biri isə (inzibati vəzifələrin 6-cı təsnifatına aiddir) Bakı Ağır Cinayətlər Məhkəməsindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr (1 vəzifə inzibati vəzifələrin 5-ci, 4 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəsi aparatında və yerli bölmələrindədir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
- dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;
- qanunvericilik sahəsində - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
-məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...