Rayonlarda məktəbli qızlar zorla ərə verilir - ŞOK

Rayonlarda məktəbli qızlar zorla ərə verilir -


2015-ci ildə nikah yaşına çatmayan qızların dünyaya gətirdiyi uşaq sayına görə Masallı rayonu ölkə üzrə liderdir. Bunu AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyib. Onun bildirdiyinə görə, 2015-ci ildə 68 min 773 nikah bağlanıb ki, bunun da 391-i erkən nikahdır. 2014-cü ildə isə 84 912 nikah bağlanıb və onun 479-u erkən nikahdır: “Erkən nikahların sayında azalma var. Eyni zamanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayında nisbətən azalma müşahidə edilir. 2014-cü ildə yeniyetmə yaşlı qızlar tərəfindən 3296 uşaq dünyaya gətirilibsə, 2015-ci ildə bu rəqəm 2895 olub”.

Rayonlarda məktəbli qızlar zorla ərə verilir -


R.Mahmudov 2015-ci ildə 15-17 yaşlı analar tərəfindən dünyaya gətririlən uşaqların sayına görə lider rayonların adlarını açıqlayıb: “Bu sırada ilk pillədə Masallı rayonu yer alıb. Belə ki, ötən il bu rayonda 157 uşaq yeniyetmə analar tərəfindən dünyaya gətirilib. İkinci yerdə Cəlilabad rayonu dayanır, burada 126 uşaq 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib. Üçüncü yerdə Şəmkir rayonu (124 uşaq), dördüncü yerdə Lənkəran şəhəri (121uşaq ), beşinci yerdə isə Sabirabad rayonu gəlir (120 uşaq). Erkən nikah problemi həmişə diqqət mərkəzindədir. Bu problemin həlli istiqamətində dövlət tərəfindən ciddi işlər aparılıb”.

Rayonlarda məktəbli qızlar zorla ərə verilir -


Komitənin baş məsləhətçisi bildirib ki, erkən yaşda bağlanılan nikahlar müxtəlif fəsadlar yaradır. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxil olma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılığın göstəricisidir.

“Belə nikahların çoxu uğursuz olur. Erkən nikah probleminin əsas səbəbi kimi valideynlərin məsuliyyətsizliyidir. Nikahların fəsadları kimi gənc ananın və dünyaya gələn körpənin səhhətində problemlərin yaranması, rəsmi nikahdan kənar ailələrin sayının çoxalması, qızların təhsildən yayınması, öz hüquqlarını qoruya bilməməsi və bu kimi faktları göstərmək olar”.

R.Mahmudovun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, erkən nikah hallarının qarşısının alınması üçün valideynlər və gənclər arasında maarifləndirmə işlərinin aparılması və cəza mexanizminin gücləndirilməsi vacibdir.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər təşkilatlar öz vəzifə və səlahiyyət çərçivəsində müvafiq tədbirlər görür. Bu problemin aradan qaldırılması üçün cəmiyyətin hər bir üzvü çalışmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərin, uşaqların, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə mütəmadi olaraq erkən nikah halların qarşısının alınması istiqamətdə geniş miqyaslı tədbirlər və layihələr həyata keçirir. Bu gün də Komitə tərəfindən “Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı layihə həyata keçirilir. Layihələr çərçivəsində keçirilən tədbirlər Azərbaycanın hər bir bölgəsini, o cümlədən Bakı və Bakı ətrafı kəndləri əhatə edir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...