Tərtərdə hərbi hissədə ordu günü tədbiri FOTOLAR

Tərtərdə hərbi hissədə ordu günü tədbiri

Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə tədbirlər planına əsasən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun və rayon ictimaiyyətinin nümayəndələri 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə “N” saylı hərbi hissədə olmuşlar.

Tədbiri hərbi hissə komandirinin vəzifəsini icra edən polkovnik leytenant Vüqar Məcidov açaraq əsgərləri Milli Ordumuzun yaradılması münasibəti ilə təbrik etmişdir. Sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri bayram münasibəti ilə təbrik etmiş, müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırmışdır. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, ədliyyə polkovnik leytenantı Mehdi Hüseynzadə əsgər və zabit heyyətini bayram münasibəti ilə təbrik etmiş, onlara xidmətlərində uğurlar arzulamışdır.

Sonra rayon mədəniyyət evinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişlər. Tədbirdə iştirak edən nümayəndələr əsgərlərlə birgə rəqs etmiş, şənlənmişlər. Tədbirin sonunda hərbçilərə qiymətli hədiyyələr verilmişdir.

Tərtərdə hərbi hissədə ordu günü tədbiri
Tərtərdə hərbi hissədə ordu günü tədbiri


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...