Nərimanovda “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirilib FOTOLAR

 Nərimanovda “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirilib

Nərimanov rayonunda 26 iyun – Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirilib. İcra Hakimiyyətindən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının akt zalında təşkil olunan tədbirdə rayon rəhbərliyinin, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, orta məktəb şagirdlərinin iştirak etdikləri tədbirdə bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışılmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir.
Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən İ.Mahmudova ölkələrin, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, ölkəmizdə bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər aparıldığını vurğulamışdır.
Natiq bildirmişdir ki, 1987-ci ildə BMT-nin müvafiq qərarı ilə hər ilin iyun ayının 26-sı dünyada Narkotiklə Mübarizə Günü kimi qeyd olunur. Təsis edilən günün məqsədi insanları bəşəriyyətin ən böyük problemlərdən biri olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir. Ölkəmizdədə narkomaniya və narkobiznesə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Narkotiklərin qanunsuz dövriyyəsi sağlamlığa, ətraf mühitə və hətta dövlətlərin suverenliyinə ciddi zərbə vurur. inkişafı ləngidən ən böyük maneə narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Respublikamızın müəssisə və təşkilatları tərəfindən əhali arasında müxtəlif tədbirlər, maarifləndirmə işləri həyata keçirilir.
Qeyd edilmişdir ki, Nərimanov rayonun bütün idarə və müəssisələrində narkomanlığın cəmiyyətə ziyanına dair keçirilən silsilə tədbirlərdə də əsas məqsəd məhz maarifləndirmənin lazımi səviyyədə təşkili, ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi təhlükə olan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınmasıdır.
Nərimanov rayon polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Əliyev Məhəmməd və digər çıxış edənlər narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar. Diqqətə çatdırılmışdır ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali təhsil məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.
 Nərimanovda “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirilib
 Nərimanovda “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirilib
 Nərimanovda “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...