İngiltərədə simulyasiya edən futbolçular cəzalanacaqlar

İngiltərədə simulyasiya edən futbolçular cəzalanacaqlar


İngiltərə Futbol Assosiasiyası oyun zamanı simulyasiyaya yol verən futbolçuları cəzalandıra bilər.

"Report"un məlumatına görə, qurumun rəhbəri Qreq Klark bu təşəbbüsü dəstəkləyib.

Matç zamanı hakimi aldatmaq üçün edilən hərəkət qarşılığında futbolçunun iki oyunluq cəzalandırılması nəzərdə tutulur. Tezliklə assosiasiya rəsmiləri bu qaydanın tətbiq olunduğu Şotlandiyaya yollanacaqlar.

Qeyd edək ki, Şotlandiyada mübahisəli epizodlar oyundan sonra xüsusi komissiya tərəfindən müzakirə edilir və qərar qəbul olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...