Çingiz Abdullayev "Neftçi"dən ayrılır?

Çingiz Abdullayev "Neftçi"dən ayrılır?


"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin vəzifəsindən uzaqlaşdırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə klubdan məlumat verilib.

Bildirilib ki, Ç.Abdullayev hazırda işini davam etdirir: "Bu söz-söhbətlər həqiqətə uyğun deyil. Çingiz Abdullayev "Neftçi" Peşəkar Futbol Klubunda fəaliyyətini davam etdirir, heç bir yerə getməyib. O, hazırda Müşahidə Şurasının sədridir və öz postunda işləri ilə məşğuldur".

Qeyd edək ki, bu gün Qəbələdə Premyer Liqanın 16-cı turu çərçivəsində "Qəbələ" və "Neftçi" furbol komandaları qarşılaşacaq. Ç.Abdullayev həmin oyunu izləmək üçün Qəbələyə yollanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...