Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq


Bakı və Abşeron yarımadasında martın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman, səhər çiskin olacaq. Şimal küləyi əsəcək.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...