Mitinqlərlə bağlı qanun dəyişdirildi

Mitinqlərlə bağlı qanun dəyişdirildi

İcra hakimiyyəti orqanları kütləvi aksiyaların təşkilatçılarına tədbirin keçirilməsinə 3 gün qalmış yazılı cavab verəcək

Milli Məclisin iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu (Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması) maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə, 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

Layihə səsə qoyularaq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...