Temperatur 28 dərəcəyə çatacaq

Temperatur 28 dərəcəyə çatacaq

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 19-24 isti olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin bəzi yerlərdə şimşək çaxacaq və qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 9-13, gündüz 14-19 isti olacağı gözlənilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...