Faiq Ağayev Brilliant Dadaşovanın dediklərinə cavab verdi

Faiq Ağayev Brilliant Dadaşovanın dediklərinə cavab verdi
Xalq artisti Faiq Ağayev həmkarı Brilliant Dadaşovanın onun haqqında dediklərinə cavab verib.

Gundeminfo.az xəbər verir ki, müğənni bu haqda "Birinci TV" adlı yutub layihəsində danışıb. O, ad çəkmədən heç vaxt heç kimi tədbirdən uzaqlaşdırmadığını söyləyib:

"Elə müğənnilər var ki, mənim adımı eşidən kimi deyir, sizə ikiqat endirim edirəm, o, gəlməsin. Heç vaxt şərt qoymuram. Heç kimin varlığı mənə darlıq gətirmir. Rahat çıxıb oxuyuram. Əgər toy idarə edirəmsə, xoşuma gəlməyən müğənni yarım saatlıq ifa üçün gəlirsə, mən onun dua edirəm. Çünki o yarım saata istirahət edəcəyəm. Amma elələri var ki, deyir, o bura gəlsə, üstümə benzin səpərəm. Heç kim də benzini vermir onun əlinə ki, götürüb özünü yandırsın, canımız qurtarsın ondan (gülür).

Bu yaxınlarda da biri elə şey dedi. Axırda nə oldu? Müslüm Maqomayev kimi sənətkarın yubileyində mən var idim, o yox idi. Sən belə böyük sənətkarsansa, səni də ora dəvət edərdilər".

Qeyd edək ki, B.Dadaşova F.Ağayev haqda suala "O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim" cavabını vermişdi.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...