İntihar edən rəqqasın qohumu: "Borcları, ailəsində problemləri..."

İntihar edən rəqqasın qohumu:
Xəbər verildiyi kimi, bu gecə tanınmış rəqqas Dəyanət Məmmədov intihar edib. Onun Qubada kirayə qaldığı mənzilində özünü asaraq həyatına son verdiyi bildirilir. Rəqqasın qohumu Nurlan Əzizov Cebhe.info-ya intiharın səbəblərindən danışıb.

Onun sözlərinə görə, mərhum həyat yoldaşından ayrılmaq ərəfəsində olub: “Özüm hazırda dəfnə tələsirəm, nədən intihar etdiyini dəqiq bilmirəm. Ailəsi ilə bağlı problemləri vardı. Borclarının olduğunu bilirəm, yəni bildiyim məlumatlar bunlardır. İki qızı vardı, 30-dan çox yaşı olardı”. Rəqqasın musiqiçi dostu Təbriz Məzahiroğlu isə intihar xəbərini dostlardan öyrəndiyini deyib:

“Sağlam adam idi, sənət adamı kimi yaxın idik. İntihar səbəbini bilmirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...