Zirəddindən qorxulu xəbərdarlıq: “Daha böyük yanğın gözlənilir”

Zirəddindən qorxulu xəbərdarlıq:
Dekabrın əvvəlində tanınmış ekstrasens Zirəddin Rzayev 2023-cü ildə Bakıda böyük bir yanğın olacağı arədə proqnoz vermişdi. Yeni il yanacaqdaşıyan maşınla yük maşınının toqquşması nəticəsində böyük yanğın hadisəsi ilə başladı. Bu fəlakət insan ölümü, yaralanma və böyük maddi ziyanla nəticələndi.

Görəsən ekstrasensin proqnozlaşdırdığı fəlakət bu idi? Elə bu sualla Zirəddin Rzayevə müraciət etdik. Ekstrasens Lent.az-a bildirdi ki, bir çox öngörücülər sosial şəbəkə hesablarında onun proqnozlarını götürüb özününküləşdirib, sözügedən yanğın baş verən kimi bunu öncədən dediklərini yazıblar:

“Baxıram, heç kim, heç yerdə heç nə deməyib. Təəssüf ki, baş verən yanğın mənim “gördüyüm” yanğı deyildi, Bakıda bundan daha böyük və qorxulu bir yanğın olacaq",- deyə o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...