Nura: Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar

Nura: Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar
“Dənizkənarı bulvarda rahat gəzmək müşkülə çevrilib. Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq”.

Pravda.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib.

N.Suri qeyd edib ki, Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstün kəsdirərlər: “Skuterlər yenə icarəyə verilir - guya qadağan olunmuşdu. Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu plyajlardı, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar”.

“Gündə yolları bağlıyıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də - anında “parkovşik” adıyla gəlib 2 manatınızı alırlar. İnsanlara rahat yaşamaq üçün şərait yaradın, belə olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...