Məhkəmə Təranə Qumrala 2 min manat güzəşt etdi

Məhkəmə Təranə Qumrala 2 min manat güzəşt etdi


Bu gün Bakı Apellyasiya Məhkəməsində müğənni Nazəninin əri Məhəbbət Həsənovla digər müğənnə Təranə Qumral arasında olan məhkəmə çəkişməsi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, müğənni Təranə Qumralın vəkili Vasif İsrafilov tərəfindən Nərimanov rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb. Hakim Tafiq Səmədovun sədrliyi ilə keçirilən iclasda qərar verilib. Nərimanov rayon məhkəməsinin hakimi Fuad Abdıyevin 13 noyabr 2015-ci il tarixli qərarı ilə T.Qumral 5 min manat cərimə olunub. Bununla yanaşı ondan təkzib vermək tələb olunub.

Vəkil Vasif İsrafilov qərardan apellyasiya şikayəti verərək bildirib ki, rayon məhkəməsində qərar Mülki Prosessual Məcəllənin tələblərinin pozulması ilə qəbul edilib: “Məhkəmənin gəldiyi mühüm nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmədə araşdırılmayıb. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmayıb. Ona görə də həmin qanunsuz və əsassız qətnamə Apellyasiya instansiyasında ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılıb qanuni və əsaslı qətnamə qəbul edilməlidir”. Məhkəmənin qərarı ilə vəkil V.İsrafilovun şikayəti qismən təmin edilib. Təranə Qumral 3 min manat cərimə olunması barədə qərar verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1083 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...