Aşıq Azərin vəziyyəti pisləşdi - Təcili Türkiyəyə aparılır

Aşıq Azərin vəziyyəti pisləşdi -


Tanınmış aşıq Azər Xanlaroğlunun vəziyyəti pisləşib. O, sabah Türkiyəyə aparılacaq.

Bu barədə AzVision.az-a aşıq özü məlumat verib. “Ayağımda yaranmış kəskin şişlə bağlı burada konkret qərar verə bilmədilər. İstanbulda da sağalacağıma söz vermirlər. Sabah məni Türkiyəyə aparacaqlar. Allahdan ümid kəsilməz. Hazırda bədənimdə piylənmə dayanıb. Pəhriz saxlayıram. Əsas narahatçılığım ayağımla bağlıdır. Bəlkə də Allahın mənə yazığı gələr, şəfa taparam”.

Qeyd edək ki, Aşıq Azər 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəskin şiş var. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir. Xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1017 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...