Gürcüstanda ən yaxşı qadın sinəsi seçiləcək - FOTO

Gürcüstanda ən yaxşı qadın sinəsi seçiləcək -


Gürcüstanın paytaxtı Tiflisdə "Miss Büst 2016" gözəllik müsabiqəsi keçiriləcək. Ölkənin ən yaxşı qadın sinəsinin seçiləcəyi müsabiqə xeyriyyə məqsədilə keçiriləcək.

Milli.Az İmedi TV-yə istinadən bildirir ki, müsabiqənin təşkilatçısı "Nino Adamashvili & Company" şirkətinin rəhbəri Nino Adamaşvilinin dediyinə görə, şoudan əldə ediləcək pullar döş xərçəngindən əziyyət çəkən, habelə anoreksiya xəstəsi olan qadınların müalicəsinə sərf ediləcək.

Müsabiqədə iştirak etmək üçün əsas şərtlərdən biri iddialı qadının sinəsinin ən azı 4-cü ölçüdə, yaşının isə 18-37 arasında olmasıdır. Şou "Plastik cərrahiyyə yox, öz vücudun hesabına uğurlu ol!" şüarı ilə keçiriləcək. Newpost bildirir ki, münsiflər heyəti 12 nəfərdən ibarətdir. Onların arasında plastik cərrah da var.
"Miss Büst 2016"nın qalibinin adı mayın 25-də açıqlanacaq. Şounun digər təşkilatçısı Tiflisdəki "Art House" şirkətidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...