“Qadın ərindən icazəsiz heç yerə getməməlidir“

“Qadın ərindən icazəsiz heç yerə getməməlidir“

“Xanımlar zəhmli kişiləri xoşlayırlar. Kişi də qadının ondan çəkinməsini istəyir”

Bu sözləri müğənni İzzət Bağırzadə deyib.

“Qadına görə” verilişinin qonağı olan ifaçı qadın-kişi münasibətlərindən bəhs edib:

“Qadın kişinin üzünə baxanda çəkinməlidir. Xanım kişinin addım səslərini eşidəndə özünü yığışdırmalıdır ki, mənim ərim, sevgilim gəlir. Özünü tək kişinin yanında ağıllı aparmamalıdır. Kənarda da yoldaşını düşünüb, addım atmalıdır. Xanım düşünməlidir ki, ərimdən icazəsiz heç yerə getməyim, bu cür geyinsəm görəsən nə deyər? Kişi nəyəsə “yox” deyəndə, xanım sözü çevirməməlidir. Mən ailədə kişi-qadın münsibətini bu cür görüb, dərk etmişəm. “Yox” dediyim nədəsə məni yola gətirmək asan deyil. Gərək xanım 15 gün məşq etsin ki, hansı yolla mənim könlümü razı sala bilər”.(axşam.az)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...