Faiq Ağayev də məşəl daşıyacaq “Allaha şükür qaça bilirəm”

Faiq Ağayev də məşəl daşıyacaq

“Allaha şükür qaça bilirəm”.

Xalq artisti Faiq Ağayev “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəldarlarından biri olacaq.

GUNDEMİNFO.AZ-ın Qafqazinfo-ya istinadla məlumatına görə, bu haqda xalq artisti həmkarı İlhamə Quliyevanın klip təqdimatında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib: “Mən azərbaycanlıyam. Dövlətimizin hər bir uğuruna çox sevinirəm. Mən də məşəldarlar sırasındayam. 150-ə yaxın məşəldar sənət adamı arasında olduğum üçün xoşbəxtəm, fərəh hissi keçirirəm. Məşəl daşımaq mənim üçün önəmli hadisədir. Bu, ilk Avropa Oyunlarıdır. İllər sonra çox az azərbaycanlı fəxrlə deyə biləcək ki, mən də məşəl daşımışam. Mənə aid olan marşrut İçərişəhərdən başlayacaq.

Nə qədər məsafə qət edəcəyimi bilmirəm. Allaha şükür qaça bilirəm, məşəli qürurla daşıyacam. İdmanın bir çox növlərinə marağım var. Dövlətin maraqları qarşısında isə mənim maraqlarım sönür”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...