İbrahimoviç: ''İtaliyanı məğlub etmək gücündəyik''

İbrahimoviç: ''İtaliyanı məğlub etmək gücündəyik''


İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç "Avro-2016"da İrlandiya ilə bərabərə qaldıqları oyun (1:1) haqda danışıb.

Qol.az-ın "La Gazzetta Dello Sport"a istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu heç-heçəyə baxmayaraq komandasının İtaliyanı məğlub etmək gücündə olduğunu bildirib:

"İrlandiya ilə oyunda qeydə alınan bərabərlik normal nəticədir. Əsas odur ki, məğlubiyyətdən qaça bildik. Düşünürəm ki, İtaliyanı məğlub etmək gücündəyik. Ancaq bunun üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq".

Qeyd edək ki, İsveç "Avro-2016"da növbəti oyununu məhz İtaliyaya qarşı keçirəcək. İyunun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...