Arda Turan sevgilisi ilə dənizdə FOTOLAR

Arda Turan sevgilisi ilə dənizdə


Fransada keçirilən "AVRO-2016"nı tərk edən Türkiyə millisinin kapitanı Arda Turan tətilə çıxıb. ANS PRESS-in məlumatına görə, Fransada keçirilən çempionatda uğursuz çıxışdan sonra vətəninə geri qayıdan ulduz futbolçu tətili sevgilisi Aslıhan Doğanla birgə keçirir. Arda sevgilisi Aslıhan Doğanla birgə Fethiyedə istirahət edərkən görüntülənib. Onlarla yanaşı Ardanın qardaşı da sahildə istirahət edib. Çempionatdakı uğursuz çıxışdan sonra Türkiyə millisinin lideri Arda Turanın evinə hücum edilmişdi.

Arda Turan sevgilisi ilə dənizdə
Arda Turan sevgilisi ilə dənizdə
Arda Turan sevgilisi ilə dənizdə


Yayılan məlumata görə, futbolçunun Barselonadakı evi yumurta atəşinə tutulub. Hücum edənlərin kimliyi bəlli deyil. İspaniya-Türkiyə matçında Arda yerli azarkeşlər tərəfindən fitə basılmışdı. Həmçinin sosial şəbəkədə millinin uğursuzluğunda əsas günahkar kimi kapitanın zəif oyunu göstərilirdi.

"Futbolda qazanmaq da, məğlub olmaq da var. Amma insanların ailələri daha önəmlidir". Bunu Çexiya ilə qarşılaşmada qələbə qazanan Türkiyə millisinin kapitanı Arda Turan oyundan sonra bildirmişdi. Türkiyə millisinin kapitanı Arda Turan son günlər mətbuat və azarkeşlər tərəfindən çox tənqid olunur. Hətta kapitanın mükafat davası apardığı da bildirilir. Arda Turan bu iddialara "Instagram" hesabından yaydığı mesajla cavab verib. Atasına xitab edən futbolçu duyğusal sözlərlə özünü müdafiə edib:

"Biz uşaqlarını ən gözəl şəkildə böyütmək üçün iki işdə gündə 18 saat işləmiş bir atanın övladıyıq. Atam bilir ki, mənim adım bu dünyada parayla-pulla eyni cümlədə keçməz. İnanıram ki, atam mənim qəlbimi bildikcə, bu dünyada başqa şeyə ehtiyacım yoxdur. Doğruların bir gün gün üzünə çıxmaq kimi bir alışqanlığı var. Hələ bir zamanı gəlsin... Ölkəm üçün, bayrağım üçün son saniyəyə qədər mücadiləyə davam edəcəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1015 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...