Naibə Allahverdiyeva ərə gedir: "Pul, var-dövlət..."

Naibə Allahverdiyeva ərə gedir:


Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır. Gundeminfo.az-ın aznews.az-a istinadən xəbərinə görə, bu barədə aktrisa özü məlumat verib. N. Allahverdiyeva hazırda böyük eşq yaşadığını qeyd edib:

“Həyatımda bir kişi var, onu həddən çox sevirəm. Qadını gözəl edən sevgidir, məhəbbət ölüm kimi bir şeydir. O nə yaşa, nə zamana baxır, gözləmədiyin bir anda gəlir. Özümü xoşbəxt qadın sayıram. Bu günə kimi xoşbəxtliyin nə olduğunu bilməmişəm. Amma sən demə, qadın üçün pul, var-dövlət, ad-san boş şeymiş. Qadın mütləq sevməlidir. Bir qadın sevirsə, deməli yaşayır”.

N.Allahverdiyeva bildirib ki, sevdiyi şəxs incəsənət adamı deyil: “Sevdiyim kişi incəsənət adamı deyil, amma mənimlə dərindən maraqlanır və məni bir aktrisa kimi dəyərləndirir. Blirsiniz, mənim şöhrətim də olub, az-çox pul da qazanmışam. Amma xoşbəxt olmamışam. Əsas odur ki, o şəxs ürəyimcə olan insandır. Xoşbəxtəm ki, onu sevirəm”. Aktrisa “toy gözlənilirmi” sualına “inşallah” deyə cavab verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...