Şou biznesin ən çox qazanan cütlüyü

Şou biznesin ən çox qazanan cütlüyü

"Forbes" jurnalı şou-biznesin ən çox gəlir əldə edən ulduzlarını açıqlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni Beyons və rep ifaçısı Cey Zi 107,5 milyon dollarla çox pul qazanan cütlük olub.

Mütəxəssislərin fikrincə, Teylor Svift və Kelvin Harris ayrılmasaydı, onlar bu rəqəmdən daha çox nəticə əldə etmiş olardılar. Çünki Teylor keçən il təkbaşına 170 milyon dollar qazanmışdı.

Qeyd edək ki, Beyons "Lemonade" albomunun satışında 54 milyon dollar gəlir əldə edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...