“Mənim ləzzətimi dadan çox dayana bilməz” – Bülənt Ərsoy

 “Mənim ləzzətimi dadan çox dayana bilməz” –


Türkiyənin “Diva” ləqəbli məşhur müğənisi Bülənt Ərsoy kosmetika mağazasında alış-veriş etdikdən sonra jurnalistlərlə söhbətləşib.

Türkiyə mətbuatı xəbər verir ki, qeyri-adi aksesuarları ilə diqqət cəlb edən 64 yaşlı sənətçi daha bir xüsusi geyiminin hazırlıq mərhələsində olduğunu deyib.

Tətili yarımçıq qoyaraq hazırlatdırdığı paltarı yoxlamağa gələn B.Ərsoy istirahətə gəmi ilə qaldığı yerdən davam edəcəyini bildirib.

Taksiyə əyləşib getmək istəyərkən jurnalistlərdən birinin “Bülənt xanım, sürücünüz qayıtmış” söyləməsinə “Diva belə cavab verib: “Mənim ləzzətimi dadan çox dayana bilməz”.

Qeyd edək ki, 10 il B.Ərsoyun sürücüsü olmuş Erşan Ünal martda işindən ayrıldıqdan sonra müğənni 3 ayda 9 sürücü dəyişib. Ünalın işə qayıtması ilə problem həllini tapıb. qaynarinfo.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...