Murad Dadaşovun paltarları oğurlandı

Murad Dadaşovun paltarları oğurlandı

Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşov oğurluqla üzləşib. “Report”un xəbərinə görə, polisə müraciət edən M.Dadaşov bildirib ki, Bakı şəhəri, Səbail rayonu, İçərişəhər ərazisində layihə rəhbəri olduğu filmin çəkilişləri zamanı aktyorların istifadə etdikləri paltarlar və milli geyimlər naməlum şəraitdə oğurlanıb.

Polis fakt üzrə araşdırma aparır. Məsələ ilə bağlı M.Dadaşovun özündən münasibət öyrənmək mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...