''Oğlum dedi ki, açıq-saçıq səhnələrə çəkilmə'' - 77 yaşlı aktrisa (VİDEO)

''Oğlum dedi ki, açıq-saçıq səhnələrə çəkilmə'' -


"Elə bildi ki, onu öpəcəm, qorxub geri çəkildi"

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Zemfira Sadıqova ("Dəli Kür" filminin "Mələyi") maraqlı açıqlamalar verib.

Sevilən aktrisa bunları söyləyib: "O dövrdə açıq-saçıq səhnələr ümumən yox dərəcəsində idi. O vaxt öpüşmək yox idi. Öpüş səhnələri yer alan filmlər belə olmurdu. "Dəli Kür" filmində tərəf müqabilim olan Ələddin Abbasovla bir səhnəmiz vardı. Orada o, mənə hədiyyələr verdiyi zaman sevinərək, oturduğum yerdən anidən qalxdım. O, özünü geri çəkdi qorxub. Elə bildi ki, öpəcəm onu".

Daha sonra aktrisa onu da qeyd edib ki, hətta, atası da bu rola görə ona heç bir söz deməyib: "Atam uğurlar arzuladı və rolumun öhdəsindən gözəl gəldiyimi bildirdi. Oğlum baxanda isə, bir daha belə filmlərə çəkilməyimi istəmədi. Dedi ki, daha açıq-saçıq səhnələrə çəkilmə".






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1098 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...