Xalq artisti efirdə ağladı: “Atam ad günündə öldü” – VİDEO

Xalq artisti efirdə ağladı:


ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişin qonağı olan xalq artisti Məleykə Əsədova atasının qadağaları barədə maraqlı açıqlamalar verib.

Belə ki, atasının çox ağır xasiyyəti olduğunu dilə gətirən xalq artisti uşaq vaxtı qadağaların da çox olduğunu bildirib: "Bacılarımdan heç birini Bakıya oxumağa icazə verməmişdi. Mən dedim ki, Bakıya gedib oxuyacam, özü də incəsənət sahəsində. Atam dedi ki, sənə universitətdə oxumağa icazə verərəm, amma incəsənətdə yox. Evdə çox ərköyün uşaq olmuşam. Ağladım, özümü öldürdüm sonda razılıq əldə etdim. Gördüm atam incidi. Atama dedim ki, əgər incəsənətə daxil ola bilməsəm, hüquqa verəcəm. 16 yaşımda incəsənət univeristetinə daxil oldum".

Daha sonra atasının ölümündən danışan Məleykə Əsədova, göz yaşlarını da saxlaya bilməyib: "Atamın heç vaxt ürəyi ağrımamışdı. 2-ci kursda oxuyurdum, universitetə teleqram gəldi ki, səni rayondan gözləyirlər. Atamda elə xarakter var idi ki, anamdan da gizli mənə pul verirdi. Özün nə istədin al. Uşaqların yanında başıaşağı olma deyərdi. Qardaşsız olmağını hiss etdirmə deyə bildirərdi. O, qardaşsızlığımı hiss etdirməməyə çalışdığı vaxtda, məni atasız qoydu. Atam 50 yaşında bağda ad günü vaxtı dünyasını dəyişdi. Atamın səsini eşitməzdik. Baxışı ilə bilərdik nə deyir".





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...