Türkiyəli müğənni “Qala” qrupunun rəhbərini yalançı adlandırdı – VİDEO

Türkiyəli müğənni “Qala” qrupunun rəhbərini yalançı adlandırdı –


Son zamanlar mətbuatda müğənni-bəstəkar “Qala” qrupunun rəhbəri Ceyhun Əliyevin türkiyəli məşhur müğənni Kibariyə ilə duet söhbətləri səngimək bilmir. Belə ki, müğənni duet oxumaq üçün Kibariyəyə təklif edib. Ancaq bu arzusu ürəyində qalıb. Səbəbsə türkiyəli sənətçinin həmyerlimizdən 20 min dollar tələb etməsi olub.

Məsələ ilə bağlı ATB TV-də yayımlanan “Türk şou-maqazin” proqramına danışan Kibariyə, bütün bu olanların sadəcə şaiyə olduğunu bildirib: “Mənə təklif gəlməyib. Bütün bu danışılanlar yalandır”. Qeyd edək ki, müğənni-bəstəkar “Qala” qrupunun rəhbəri Ceyhun Əliyev “Elə buna görə də onunla birgə duet oxumaq fikrimdən daşındım” deyərək, açıqlama vermişdi.

“Türk Şou-maqazin” proqramı hər həftənin şənbə günü 21:00-da ARB TV-də yayımlanır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...