Ancelina Colinin həyatı təhlükədədir - 34 kiloqram oldu

Ancelina Colinin həyatı təhlükədədir -


Son illər sağlamlığındakı problemlərlə bağlı tez-tez gündəmə çıxan Ancelina Colinin həyatı təhlükədədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor əri Bred Pitlə boşanma ərəfəsində olan aktrisanın bir az da arıqlayaraq 34 kiloqram olduğu iddia edilir. Mənbələr bildirib ki, "Coli heç olmadığı qədər arıqlayıb, qolları çubuq kimidir... Sağlamlığı artıq təhlükə altındadır. Xəstəxanaya aparılıb sistem qoşulması lazımdır". 41 yaşlı Ancelinanın B.Pittə qarşı "uşaqları istismar etmə" davasının məhkəmə tərəfindən rədd edilməsindən sonra depressiyaya girdiyi və daha az yediyi deyilir. Bu, B.Pitin uşaqların himayədarlığını qazanmasına köməkçi ola bilər. Digər bir mənbə isə bildirib ki, "Ancelina baş verənlərdən sonra saçlarını yolur".

Eyni zamanda B.Pitin də bu müddət ərzində çox ağladığı deyilir. Hətta bu yaxınlarda qala gecəsinə qatılan aktyorun sürətlə arıqladığı gözdən qaçmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...