Məşhur müğənni 5 yerindən bıçaqlandı

Məşhur müğənni 5 yerindən bıçaqlandı


Türkiyənin məşhur müğənnisi Orxan Ölməz qonşuları tərəfindən döyülərək bıçaqlanıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, səs-küy salan qonşuları ilə bir neçə dəfə mübahisə edən müğənni dünən axşam yaşadığı binanın önündə onlarla qarşılaşıb. Sərxoş olan qonşularına " Əgər köçürsünüzsə, kömək edim" deyən Orxanın sözü qonşularının xoşuna gəlməyib. Sənətçini avtodayanacağa qədər izləyən qonşular onun avtomobilinə minərək əvvəl Ölməzə hücum edib, sonra isə 5 yerindən bıçaqlayıblar.

Xəstəxanaya yerləşdirilən müğənninin müalicəsi davam edir.

Polis cinayətkarları axtarır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...