“Kurtlar Vadisi”-nin yeni mövsümü nə vaxt başlayacaq?

“Kurtlar Vadisi”-nin yeni mövsümü nə vaxt başlayacaq?


Ekranların əfsanəvi serialı “Kurtlar Vadisi” yeni mövsümdə hansı kanalda yayımlanacağı böyük maraq mövzusu olub. Reytinqi davamlı üst sıralarda olan “Kurtlar Vadisi” nə vaxt başlayacaq? Əfsanəvi serialın tamaşaçıları “Kurtlar Vadisi”-nin yeni mövsüm fraqmanını maraqla gözləyir.

Moderator.az xəbər verir ki, yeni mövsümə bomba kimi başlamağı hədəfləyən “Kurtlar Vadisi Pusu” serialı dekabr ayında başlanması gözlənilir. Mövzuyla əlaqədar serialın rejissoru hələ heç bir açıqlama verməyib.

15 İYUL HADİSƏLƏRİ FİLMƏ KÖÇÜRÜLÜR

“Pana Film” tamaşaçılarının israrları ilə 15 İyul çevriliş cəhdi film kimi tamaşaçılara təqdim olunacaq. Buna görə də serialın başlama tarixində də bir dəyişiklik olması tamaşaçılar tərəfindən gözlənilir.
15 İyul Fətullahçı Terror Təşkilatının çevriliş cəhdindən qısa müddət əvvəl "Kurtlar Vadisi Darbe" filmi üçün patent müraciəti edən “Pana Film” haqqında başladılan istintaq çərçivəsində məşhur aktyor Necati Şaşmazın bu gün ifadə vermək üçün İstanbul Ədliyyəsinə gəldiyi istiqamətindəki xəbərlərə “Pana Film”-dən yalan məlumat olduğu bildirilib.
Edilən açıqlamada belə deyilib:

"Bəzi nəşr orqanlarının şirkətimiz “Pana Film” haqqında verdiyi xəbər və şərhlər həqiqəti əks etdirmir və şübhəli kimi heç bir ifadə alınmamışdır. Əksinə verilən xəbərlər məqsədli və pis niyyətlidir. "



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1048 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...