Xərçəng olan aktrisa: "Həkim nəzarətindəyəm"

Xərçəng olan aktrisa: "Həkim nəzarətindəyəm"


Xərçəngdən əziyyət çəkən aktrisa Kəmalə Müzəffərli həkim nəzarətindədir.

Axşam.az-ın məlumatına görə, aktrisa “10-dan sonra” verilişinə açıqlamasında bildirib ki, bir neçə dəfə əməliyyat olunub:

“Birdən sənə zəng edib deyirlər ki, dəri xərçəngisən. Həmin gün çox pis hala düşdüm. On ildir dərimdə qüsur olması ilə bağlı kompleks yaşayırdım. Eşidəndə xərçəngdir sarsıldım. Bu xırda problem üçün həkimə müraciət etmişdim, əməliyyat olunmuşdum. 3 ildən sonra dərimdəki problem böyüdü, yenə həkimə getdim və xərçəng olduğu deyildi.

Əməliyyatlarla bağlı rol aldığım "Vicdan haqqı" serialının çəkilişləri də bir müddətlik dayandı. Hazırda həkim nəzarətindəyəm. Əgər yenidən olsa, yenə kiçik əməliyyat keçirəcəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...