Ukrayna paytaxtında yerli azarkeşlərlə türklər arasında dava düşüb - VİDEO

Ukrayna paytaxtında yerli azarkeşlərlə türklər arasında dava düşüb -

Kiyev "Dinamo"su ilə "Beşiktaş" arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından öncə Ukrayna və Türkiyədən olan azarkeşlər arasında toqquşma baş verib.

Rusiya mətbuatı xəbər verir ki, hadisə Kiyevin mərkəzində yaşanıb. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Yalnız türk fanatlardan birinin barmağının qırıldığı bildirilir. Azarkeşlər polis və təcili yardım gələnədək hadisə yerindən qaçıblar. Qeyd edək ki, bu gün "Olimpiyski" stadionunda keçiriləcək "Dinamo" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...