“Kurtlar Vadisi Pusu“dan şad xəbər gəldi

“Kurtlar Vadisi Pusu“dan şad xəbər gəldi


"Kurtlar Vadisi Pusu" ilə bağlı yeni xəbərlər yayılıb. MilliYol.Az xəbər verir ki, serialın yenidən yayımlanacağı iddia edilir.

Yayımlandığı gündən reytinqlərdə birinci olan "Kurtlar Vadisi" bu mövsüm efirə çıxmadı. Əvvəlcə, serialın heç bir kanalla anlaşa bilmədiyi deyilirdi. Sonradan isə "Pana Film"in FETÖ (Fetullahçı Terror Örgütü) ilə əlaqələri olduğu iddia edildi. Hətta "Pana Film"in 15 iyul çevriliş cəhdindən bir müddət öncə "Kurtlar Vadisi Pusu"nun patent hüququnu almaq üçün müraciət etdiyi də ortaya çıxdı. Düzdü, şirkət bu iddiaları təkzib etdi. Amma serialın yayıma başlamaması xəbərlərin daha da geniş yayılmasına səbəb oldu.

Bu günlərdə isə yeni xəbərlər yayılmağa başlayıb. İddia edilir ki, "Kurtlar Vadisi Pusu" ölkədə çevriliş cəhdindən sonra elan olunmuş fövqəladə hal başa çatandan sonra yayıma başlayacaq. Artıq serialın ssenari və yeni hekayəsinin hazır olduğu, yeni mövsümdə əsasən ssenarinin FETÖ və PYD-nin (Paralel Dövlət Yapısı) üzərində qurulacağı bildirilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...