"12 kiloqram arıqlamışam" - "Toppuş bacı"

"12 kiloqram arıqlamışam" -


"Nədənsə məni filmlərə dəvət etmirlər. Rejissorların yadından çıxmışdım". Bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib. Aktrisa "Bəlkə, rejissorlar yüksək qonorar istəyəcəyinizdən çəkinirlər?" sözlərinə belə cavab verib:

"Əvvəlcə müraciət etsinlər, görsünlər mən o qədər qonorar tələb edirəm, yoxsa necə. Heç kim deyə bilməz ki, Tünzalə bizdən bu qədər pul istədi. Hər ikimiz yaradıcı insanıq. Pul baxımından razılığa gələcəyək. Bu yaxınlarda bir filmə təklif almışam. İndi danışıqlar gedir, razılaşsaq, orada rol alacam".

Xına mərasimlərinin təşkili ilə məşğul olan biznesindən danışan T.Əliyeva hazırda işlərinin zəif olmasından şikayətlənib: "Məhərrəm ayının bitməsini gözləyirdik, yəqin, indi düzələr". Aktrisa son günlər xeyli çəki atmasından söz açıb: "Ciddi pəhriz saxlayıram, bunun sayəsində 12 kiloqram arıqlamışam. Əməliyyata son qoydum desəm, yalan olar. Yenə də əməliyyat haqda düşünürəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...