Bakı Dövlət Sirki qiymətləri qaldırdı

Bakı Dövlət Sirki qiymətləri qaldırdı


23 Dekabrdan etibarən Bakı Dövlət Sirkının səhnəsində "Hind Filləri" Yeni il proqramı nümaiş olunacaq. Gundeminfo.az yazır ki, Seyyah.az-ın Sirkin kassasından əldə etdiyi məlumata görə, bu proqramdan başlayaraq Sirk biletlərin qiymətini kateqoriyalar üzrə 2 AZN qaldırıb.

Yəni,əvvəl zaldakı oturacaqların arenadan uzaqlaşmasından asıllı olaraq qiymətlər 8,10,12 AZN arasında qərarlaşmışdırsa, indi bu qiymətlər 10,12,15 manat təşkil edir. Qeyd edək ki, Bakı Dövlət Sirkinin hazırk binası 1967-ci ildə istifadəyə verilib. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina bu günlər təmirə ehtiyyacı duyulur. Bir müddət öncə Azərbaycan prezidenti tərəfindən Bakıda yeni sirk binasının 3-4 variantda layihəsi hazırlanmağı üçün tender elan olunacağı xəbəri yayılmışdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...