Azər Xanlaroğlu: "Yaşamaq istəyirəm..."

 Azər Xanlaroğlu:


“Yeni ili mənim kimi hiss edən olmadı. İlin sonu mənim üçün doğurdan da bayram oldu”.

Bunu AzVision.az-a bir müddət əvvəl səhhətində problem yaranan aşıq Azər Xanlaroğlu deyib. Aşıq hazırda vəziyyətinin normal olduğunu söyləyib.

“Özümü normal hiss edirəm. Bədənimdə ağrılar yoxdur. Həkimin qəbulunda olandan sonra müalicənin yaxşılığa doğru gedəcəyinə inanıram. Bayramda Tovuzda, Gürcüstanda oldum. Əhval-ruhiyyəm yüksək səviyyədədir. Son günlər özümü tək fiziki deyil, mənəvi cəhətdən də yaxşı hiss edirəm. Yenidən efirlərə qayıtmaq, peşəmi davam etdirmək istəyirəm. Yaşamaq istəyirəm. İstəmirəm arzularım ürəyimdə qalsın”.

Qeyd edək ki, Aşıq Azər 3 ildir “Hepatit” xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəskin şiş aşkar edilib. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1254 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...