Xalq artisti Opera və Balet Teatrından gedib

Xalq artisti Opera və Balet Teatrından gedib


Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrında fəaliyyətinə son verib.

APA-nın “Kulis.az”a istinadən verdiyi xəbərə görə, müğənni öz ərizəsi ilə işdən ayrılıb. Müğənni işdən ayrılmasının səbəbini açıqlamayıb.

Opera və Balet Teatrının mətbuat Xidmətindən bildiriblər ki, Nəzakət Teymurova bu barədə ərizəni ötən ilin noyabrında yazıb: “Nəzakət xanım aktiv pedaqoji fəaliyyətlə məşğul olurdu. Bizdə isə əvəzçilik üzrə işləyirdi. Ancaq Leyli rolunda çıxış edirdi. Buna görə də öz istəyi ilə ərizə yazıb. Biz də onun istəyini yerinə yetirmişik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...