Nadir Qafarzadə: “Öz ölkəmin Murad Bozuyam”

Nadir Qafarzadə: “Öz ölkəmin Murad Bozuyam”


Müğənni Nadir Qafarzadə əcnəbi müğənnilərə göstərilən diqqətdən danışıb.

Musavat.com xəbər verir ki, müğənni "Lider maqazin" verilişinə açıqlamasında əcnəbi ulduzları səs-küylə qarşılayanları qınayıb: “Azərbaycan musiqisinin zənginliyi heç bir ölkədə, millətdə yoxdur. Onların dahilərindən bizim ən balaca uşağımız belə, böyükdür. Çünki biz onların oxuduğunu oxuya bilərik, amma onlar bizimkini oxuya bilməzlər. Musiqimiz ağırdır. Onu oxumaq üçün ürək lazımdır. Bu ürək isə öz müğənnilərimizdə var. Qadasını alaram, öz sənətkarlarımızın. Onların ən pisi də əcnəbilərin dahisidir. Heç kim özünü alçaltmasın. Sevirsən, alqışla, öpüş göndər. Amma qışqırmaq, bağırmaq, özünü alçaltmaq olmaz. Mən oradakıların qışqıran görüntülərinə baxdım. Özümü qızların yerinə qoydum. Sənətçini kübar qarşılamalısan. Deyirlər, Nadir Murad Bozu qısqanır. Nəyini qısqanım? Toyumu əlimdən alacaq? Murada qarşı mənfi fikirlərim yoxdur. Əksinə onu bəyənirəm və bir vaxtlar mahnısını oxumuşam. Mən də öz ölkəmin Murad Bozuyam. Murad Alla Puqaçovadan dahidirmi? Özümüzünkülərin qədrini bilək, bizim millətdən, ölkədən, dövlətdən heç yerdə yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...