“Nə məhkəmədən, nə də polisdən qorxuram...” - Kamil Zeynallı

“Nə məhkəmədən, nə də polisdən qorxuram...” -


“Bəli, söymüşəm, əsəbi olmuşam. Kim məni sosial şəbəkədə pis mənada qınayırsa, onu artıqlamasıyla ağzının payını verərəm. Cinsindən asılı olmayaraq. Sözümə görə üzr istədim, Şəbnəmin valideynlərinin rəhmətə getməsini bilməmişəm, Şəbnəm yaxşı xanımdır, amma əsəbimdən baltanı kökündən pis vurmuşam”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri idmançı Kamil Zeynallı sosial şəbəkədə yazıb.

O, valideynləri rəhmətə gedən aparıcını söydüyü üçün ondan üzr istəyib: “Səhər xanımın özü mənə zəng vurmuşdu ki, söhbətə aydınlıq gətirək. Danışdı, səsindən hiss etdim ki, sözlərimə görə pis olub. Mən də onun rəhmətə gedən valideynlərini bilmədən təhqir etmişəm, üzr istədim. Özünü tanıyan insan mənim kimi edərdi. Amma mən nə məhkəmə, nə də başqa bir şeydən çəkinməmişəm. Allaha and olsun ki, heç kimdən çəkinmirəm, lazım olsa çıxaram çiyninə, qulaqğına deyərəm. Qarşı tərəf edərsə, belə şey etmişəm.

Kimsə mənim haqqımda paylaşım etsə, kişi olsa döyərəm, qadın olsa sözümü deyərəm. Məhkəmə yox, türməyə belə soxsalar dediyimdən dönən deyiləm. Başqa heç kimdən üzr istəməmişəm. Yenə deyirəm, nə məhkəmədən, nə də polisdən qorxuram. Dediyim sözün ağasıyam. Arxamca danışan insanın isə hər şeyini söyürəm”.

Xatırladaq ki, Şəbnəm sosial şəbəkədə Kamili tənqid edib. O, təyyarədə özünü qeyri-etik aparan azərbaycanlılardan utandığını bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1038 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...