Bu tanınmış azərbaycanlı ailəsini mediadan gizlədir

Bu tanınmış azərbaycanlı ailəsini mediadan gizlədir


Bəstəkar-müğənni Murad Arif şəxsi həyatından danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, ailəsini mətbuatdan gizlədir: “Hər kəsin bir xarakteri var. Nə vaxtsa şəxsi həyatımı gündəmə gətirməyi görmüsünüzmü? Ümumiyyətlə, bu tip xəbərlərin tirajlanmağı, oxumağı xoşlamıram. Məsəlçün, şoudan kənar sahədə olan dostlarım övladlarının, ümümiyyətlə özəl həyatı ilə bağlı şəkilləri paylaşanda mənə xoş olur. Çünki anlayıram ki, həmin insanlar bununla reytinq tutmaq istəmirlər. Yəni bu onların həyat tərzidir. Amma biz müğənnilər, aktyorlar nəsə paylaşdığımız zaman bu, xəbər olur. Mən də xəbər manşetlərində həyat yoldaşımla, övladlarımla, maşınımla, evimlə deyil, mahnılarımla gündəmdə olmaq istəyirəm. Təqdimatlara, ictimai yerlərə xanımımla bir yerdə getmirəm. Çünki çəkəcəklər, paylaşacaqlar. Daha sonra da tənqidi şərhlər yazanlar da tapılacaq. Bax bu cür nüanslarla qarşılaşmamaq üçün ailəmi mətbuatdan gizlədirəm. Mənim olan, evimi içi olan, mətbuata qapalıdır”.

Qeyd edək ki, M.Arif evlidir, 2 övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1053 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...