Messi və Neymar ÇL-in finalına buraxılmayacaq - Şok açıqlama

Messi və Neymar ÇL-in finalına buraxılmayacaq -


Lionel Messi və Neymar Çempionlar Liqasının finalında oynamaya bilər. "Qaynar" xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Ceferin açıqlama verib.

"New York Times"a danışan Avropa futbol qurumunun rəhbəri finalın Kardiffdə davam edəcəyini xatıraladaraq hər iki futbolçu ilə bağlı istintaqın getdiyini və bu səbəbdən ölkəyə buraxılmamaq risklərinin olduğunu bidirib: "Neymar və Messinin vergi cəzaları ilə bağlı istintaq gedir. Britaniya qanunlarına görə,bu iki futbolçunun ölkəyə buraxılmaması mümkündü. Amma bunun olmaması üçün əlimizdən gələni edəcəyik".

Ceferin, PSJ-nin sağ cinah oyunçusu Serj Aurierin Çempionlar Liqasının qrup mərhələsində "Arsenal"la oynadıqlara matçdan öncə İngiltərəyə buraxılmadığını bildirib: "O, olay məni məyus etdi. Amma "Brexit" baş verəndə işlər pis istiqamətdə gedə bilər. Bizi ciddi problemlər gözləyir".

UEFA prezidenti həyacan təbili çalsa da, əslində "Barselona"nın bu il finala çıxması inandırıcı görünmür. Çünki kataloniyalılar 1/8 finalın ilk oyununda PSJ-yə 0:4 hesabı ilə yenilib. Cavab oyunu martın 8-də keçriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...