Safura mediadan niyə qaçır? - FOTO

Safura mediadan niyə qaçır? -


“Eurovision 2010” təmsilçimiz, eks-müğənni Safura Əlizadə rusiyalı məşhur Vera Brejnevanın konsertində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, o, konsertə dizayner bacısı Fidan Əlizadə ilə birgə qatılıb.

Tamaşaçı kimi zalda əyləşən Əlizadə fotoqrafların obyektivinə tuş gəlib. Safura yenə də, ənənəsinə sadiq qalaraq mediaya açıqlama verməkdən imtina edib. Yalnız bir neçə telekanalın sualına qısa olaraq cavab verib.

Xatırladaq ki, Safura Əlizadə 2013-cü ilin yay ayında energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. Onları Uğur adlı övladları var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...