Türkiyədəki evlənmə verlişləri bağlanmayacaq

Türkiyədəki evlənmə verlişləri bağlanmayacaq


Türkiyədəki evlənmə verlişlərinin bağlanması barədə xəbərlər özünü doğrultmadı.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziyalara nəzarət edən Radio və Televiziya Üst Qurumu (RTÜK) yayılan məlumatların əsassız olduğunu açıqlayıb.


Qurum açıqlamasında qeyd edilir ki, Radio və Televiziya Üst Qurumu Türkiyədə fövqəladə vəziyyətin (OHAL) qüvvədə olduğu müddət ərzində evlilik proqramları qadağan edilməyib. Amma sanksiyalar ağırlaşdırlıb.

Bundan sonra verlişlərdə baş verəcək qeyri-neqativ hallar kanalın lisenziyasının ləğvi ilə nəticələnəcək.

RTÜK üzvü İsmət Dəmirdöğen bildirib ki, evlilik proqramları barədə müxtəlif vaxtlarda qadağalar tətbiq edilib. "Ancaq biz RTÜK üzləri olaraq, evlilik proqramlarının bağlanması ilə bağlı sənət hazırlamamışıq".

Xatırladaq ki, ötən gün "Show TV", "ATV", "Star TV"də və digər kanallarda yayımlanan evlilik verilişlər proqramlarının yayımının dayandırılması ilə bağlı xəbərlər çıxmışdı.

Qeyd edək ki, Türkiyədə yayımlanan evlilik proqramlarında Azərbaycandan da iştirak edənlər var. Onların sayı günbəgün artır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...