Azərbaycanlı xanım meyxanaçıya türkiyəli futbolçu elçi düşdü

Azərbaycanlı xanım meyxanaçıya türkiyəli futbolçu elçi düşdü


Son günlər internetdə ən çox dinlənilənlər arasında olan meyxanaçı Mətişə evlilik təklifi gəlib. Qaynarinfo.Az xəbər verir ki, bu barədə meyxanaçı lent.az-a açıqlamasında deyib.

O bildirib ki, təklifə müsbət yanaşmayıb: "Bu yaxınlarda türkiyəli futbolçudan evlilik təklifi aldım. Hətta elçi də gəldi. Amma iki oğluma görə bu təklifə müsbət cavab vermədim. O futbolçunun adını açıqlamaq istəmirəm. Çünki deyəcəklər ki, Mətiş özünü onunla reklam edir. Evlilik təklifi çox alıram, amma bunu heç zaman dəyərləndirməyəcəm”.

Qeyd edək ki, xanım meyxanaçı ötən ay Lent.az-a açıqlamasında uğursuz evliliyindən danışaraq bildirmişdi ki, həyat yoldaşından ayrılandan sonra sənətə gəlib.

Mətiş Naxçıxanının yeganə meyxana deyən xanımıdır. Onun 9 və 6 yaşında oğlu var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...