Azərbaycanı təmsil etmək üçün gözəl qız və oğlan axtarılır

Azərbaycanı təmsil etmək üçün gözəl qız və oğlan axtarılır
“Best Model Of The World” 2017-də ölkəmizi təmsil edəcək modellərin müəyyənləşdilməsi üçün seçim turlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı gözəllik yarışmasının Azərbaycan üzrə direktoru Aqil Məmiyev verib. Onun sözlərinə görə, müraciət edəcək modellər Azərbaycan üzrə təşkilati komitənin və müsabiqənin prezidentinin rəyinə əsasən ölkəni yarışda təmsil edəcəklər.

Seçilən iştirakçılar arasında boy, bədən ölçüləri, gözəllik və s. detallara üstünlük veriləcək. 30-cu dəfə təşkil olunan müsabiqə bu il Fransanın paytaxtı Parisdə keçiriləcək.

Xatırladaq ki, keçən il ölkəmizi bu yarışda Yusif Cəfərli və Zəhra Qaraxanova təmsil ediblər. Təmsilçimiz Yusif Cəfərli dünyanın “Top 5” model siyahısına daxil olub, “Best Catwalk” və medianın seçdiyi “Best Press” mükafatlarına, digər həmyerlimiz Zəhra Qaraxanova isə “Best Charm” mükafatına layiq görülüb.

Kastinqə qatılmaq üçün elaqə:
E-mail: [email protected]
Mob: 050 500 66 33 (WhatsApp)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...