Müğənni Nazim həkimdən prokurorluğa şikayət edəcək

Müğənni Nazim həkimdən prokurorluğa şikayət edəcək

“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari onu əməliyyat edən həkimlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Bu barədə APA-ya onun vəkili Gülşən Salmanova məlumat verib.

Vəkil bildirib ki, həkim səhlənkarlığı nəticəsində müvəkkilinə maddi və mənəvi zərər dəyib: "Bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edəcəyik. Artıq sənədlər hazırlanır. Nazim Pişiyari ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətindəki problemlər nəinki azalıb, əksinə daha da kəskinləşib. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Həkim səhlənkarlığı və qeyri-peşəkarlıqla üzləşən müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...