"Təkliflər çoxalıb, yaxşı pul versələr razılaşaram" - Nərgiz İsayevadan ŞOK AÇIQLAMALAR - VİDEO

"Təkliflər çoxalıb, yaxşı pul versələr razılaşaram" - Nərgiz İsayevadan ŞOK AÇIQLAMALAR -
"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı model Nərgiz İsayeva olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən model ilk olaraq ona qarşı çevrilən tənqidlərə heç gözünün ucu ilə belə baxmadığını və tutduğu yolla arxayın şəkildə irəliləyəcəyini söylədi:


“Təkliflər kifayət qədər çoxalıb. İnsanların reaksiyası bir qədər pisdir. Amma bu, mənə maraqlı deyil. Mən öz bildiyimi etmişəm, bundan sonra da edəcəm. Bu yaxınlarda yeni fotosessiyamı təqdim edəcəm. Yeni layihələr də var. Onlar noyabr-dekabr aylarında işıq üzü görəcək. Son çəkilişimizdən sonra məni daha çox insan tanıdı. Küçədə gedəndə hiss edirəm ki, mənə pis baxırlar. Xüsusilə də, qadınlar”.

Nərgiz İsayeva daha sonra təklif gələrsə, açıq-saçıq səhnələrə çəkilə biləcəyini də bildirib:

“Yəqin ki, hə. Çünki mənim üçün bu, normaldır. Çəkiliş qarşılığında məbləğ nə qədər çox olsa, o qədər yaxşıdır. Konkret olaraq bəlli bir miqdar fikirləşməmişəm. Mən aktrisalıqla məşğul olmadığım üçün bu işləri, pul məsələsini bilmirəm”.

Cazibədar model qazancından və sevgi təkliflərindən söz açıb:

“Mən həmişə çəkilişlərdən pul qazanmışam. Ancaq təəssüf ki, bizim ölkədə bu sahə elə də inkişaf etməyib. Çəkilişlərdən sonra sevgi təklifləri çoxalıb, ancaq bu, mənə maraqlı deyil. Çünki mən ailə qurmağa hazırlaşıram. Sevdiyim insan məni bu çəkilişlərimlə qəbul edir. Mənimlə ailə qurmaq istəyir. Hələ ki, toy tarixini dəqiqləşdirməmişik. Bu yaxınlarda nişan olacaq. Sevgilim Türkiyədə yaşayır. Bizi dostlarımız tanış ediblər. Biz tanış olduğumuz zaman mən artıq açıq-saçıq fotosessiyalar etdirmişdim. O, bunu bilirdi və qəbul etdi”.

Həmişə olduğu kimi yenə də iddialı fikirləri ilə ismarışından qalmayan Nərgiz İsayeva həmkarlarından hər zaman öndə olacağını qeyd edib:

“Mənim paxıllığımı çəkən modellər, özünüzə əziyyət verməyin. Mən onsuz da sizdən öndə olacam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
86 dəfə oxundu
 


XƏBƏR LENTİ
Loading...